Arda Gülər Portuqaliya ilə matçı buraxa bilər
- 22 İyn 2024 16:00
- 238
Türkiyə millisinin və "Real"ın yarımmüdafiəçisi Arda Gülər AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunun Portuqaliya ilə oyununu buraxa bilər.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella öz açıqlamasında bildirib. O deyib:
“Arda çox yorğundur. Buna görə də onun meydana çıxıb-yatırmayacağına son anda qərar verəcəyik. Ümid edirəm ki, oynayacaq. Təəssüf ki, fiziki cəhətdən 100 faiz deyil”.
Xatırladaq ki, 19 yaşlı Gülər ilk turda Gürcüstanla görüşdə (3:1) qola imza atıb.
Türkiyə - Portuqaliya oyunu bu gün Dortmunddakı "Siqnal İduna Park" arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.