Arda Turanın müqaviləsinə xitam verildi - RƏSMİ
- 07 Yan 2020 17:20
- 760
Türkiyənin “Başakşəhər” klubu Arda Turanla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ardanın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Müqavilə ilə “Barselona”ya məxsus olan Arda “Başakşəhər”də icarə əsasında oynayırdı. Onun İstanbul təmsilçisi ilə mövsümün sonunadək icarə müqaviləsi var idi. Türkiyəli yarımmüdafiəçinin Kataloniya klubu ilə anlaşması da mövsümün sonunda bitəcək.
Arda Turan bu mövsüm “Başakşəhər”də 12 oyuna çıxıb.