Ardıcıl 24 mövsümdür qol vuran İbrahimoviçdən yeni rekord
- 13 Sen 2021 18:45
- 442
“Milan” İtaliya A Seriyasının 3-cü turunda “Latsio”nu məğlub edib – 2:0.
Rekord.az xəbər verir ki, oyunda “qırmızı-qaralar”ın 2-ci qolunu vuran Zlatan İbrahimoviç unikal göstəriciyə imza atıb. Belə ki, 39 yaşlı hücumçu karyerası ərzində ardıcıl 24-cü futbol mövsümüdür ki, qol vurmağı bacarır.
İbrahimoviç yeni rekorda da imza atıb. O, bu oyunun iştirakçısı olmaqla 39 yaş 344 günündə A seriyasında meydana çıxan ən yaşlı əcnəbi futbolçu adını qazanıb.
İbrahimoviç “Milan”dan əvvəl “Ayaks”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted”, “Los Anceles Qalaksi” kimi klublarda çıxış edib.