Ardıcıl 4-cü dəfə Rumıniya çempionu oldular
- 19 May 2021 16:43
- 602
Futbol üzrə Rumıniya çempionatında 2020/21 mövsümünün qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, “ÇFR Kluj” vaxtından öncə çempionluğu təmin edib.
Sözügedən komanda hazırda 51 xalla vahid liderdir. “Styaua” 45 xalla ikinci pillədə qərarlaşsa da, bu komandanın klujluları qabaqlamaq şansı qalmayıb.
Beləliklə, “ÇFR Kluj” ardıcıl 4-cü çempionluğunu rəsmiləşdirib. Bütövlükdə isə bu komanda 7 dəfə Rumıniya çempionu olub. Rekord isə 26 dəfə ölkə çempionu olmuş “Styaua”ya məxsusdur.