Argentina millisinin sabiq üzvü klubsuz qaldı
- 15 İyn 2020 12:20
- 641
Fransanın “Lill” klubu futbolçusu Nikolas Qaytanla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Lill” koronavirus pandemiyasının yaratdığı maliyyə sıxıntılarına görə argentinalı yarımmüdafiəçiyə yeni müqavilə təklif etməyib.
2020-ci ilin yanvarından “Lill”də çıxşı edən Qaytanın müqaviləsi iyunun 30-na qədər idi. 32 yaşlı futbolçu bu mövsüm Liqa 1-də 4 qarşılaşmada iştirak etmişdi.
Daha əvvəl “Benfika” və “Atletiko” kimi klublarda çıxş edən Qaytan, Argentina milli komandasında 19 oyun keçirib.