İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi “River Pleyt”dən Qonsalo Montieli transfer edib. 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Montiel Argentina yığmasının da üzvüdür. Müdafiəçinin “transfermarkt”da dəyəri 17 milyon avrodur.