Futbol üzrə Amerika Kubokunda 3-cü tura start verilib.

Rekord.az xəbər verir ki, ABŞ-də təşkil olunan turnirin A qrupunda Peru ilə qarşılaşan Argentina yığması 2:0 hesablı qələbə qazanıb.

Kanada - Çili qarşılşamasında isə qol vurulmayıb.

9 xal toplayan Argentina 1/4 finalda mübarizə aparmaq hüququ qazanıb. Kanada isə 4 xalla qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib.