Argentina və Braziliya yığmaları məğlub oldular
- 17 Noy 2023 13:20
- 279
Futbol üzrə Argentina və Braziliya yığmaları DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 5-cu turunda məğlub olublar.
Rekord.az xəbər verir ki, son dünya çempionu öz meydanında Uruqvaya, “pentakampeonlar” isə səfərdə Kolumbiyaya uduzublar.
Bu nəticələrdən sonra argentinalılar 12 xalla liderliyi qorusalar da, ikinci pillədəki Uruqvay fərqi 2 xala endirib. Kolumbiya 9 xalla üçüncü yerə yüksəlib. Hesabında 7 xal olan Braziliya isə beşinci pilləyə düşüb.
DÇ-2026, seçmə mərhələ
Cənubi Amerika zonası
5-ci tur
Venesuela – Ekvador 0:0
Çili – Paraqvay 0:0
Boliviya – Peru 2:0
Argentina – Uruqvay 0:2
Kolumbiya – Braziliya 2:1