DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Argentina yığması paytaxt Buenos-Ayresdə baş tutan Boliviya ilə qarşılaşmada böyükhesablı qələbə qazanıb.

Rekord.az xəbər verir ki, görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Braziliya yığması da Perunu böyük hesabla məğlub edib.

Qeyd edək ki, Argentina millisi turnir cədvəlində 10 oyundan sonra 22 xalla birinci pillədə qərarlaşıb. Kolumbiya (19 xal) ikinci, Uruqvay (16 xal) üçüncü, Braziliya (16 xal) isə dördüncüdür.

Kolumbiya – Çili 4:0
Qollar: D.Sançes, 34, L.Dias, 52, C.Duran, 82, L.Sinisterra, 90+3

Paraqvay – Venesuela 2:1
Qollar: A.Sanabriya, 59, 74 – Y.Aramburu, 25

Uruqvay – Ekvador 0:0

Argentina – Boliviya 6:0
Qollar: L.Messi, 19, 84, 86, L.Martines, 43. Y.Alvares, 45+3, T.Almada, 69

Braziliya – Peru 4:0
Qollar: Rafinya, 38 (pen.), 54, (pen.), A.Pereyra, 71, L.Henrike, 74