Argentina və Braziliya yığmalarından növbəti qələbə
- 13 Sen 2023 10:30
- 336
Braziliya və Argentina milli komandaları DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.
Rekord.az xəbər verir ki, hər iki yığma səfər matçına çıxıb.
Argentina Boliviyanı üç cavabsız qolla üstələyib. “Sambaçılar” isə Perunu minimal hesabla üstələyiblər – 1:0.
DÇ-2026-nın seçmə mərhələsi
2-ci tur
13 sentyabr
Boliviya – Argentina 0:3
Qollar: E.Fernandes, 31. N.Talyafiko, 42. N.Qonsales, 83.
Ekvador – Uruqvay 2:1
Qollar: F.Torres, 45+5; 61 – A.Kanobbio, 38.
Venesuela – Paraqvay 1:0
Qol: S.Rondon, 90+3-pen.
Çili – Kolumbiya 0:0
Peru – Braziliya 0:1
Qol: Markinyos, 90.