Avropa çempionu İspaniya və Amerika Kubokunun qalibi Argentina milliləri növbəti "Finalissima"da üz-üzə gələcək.

Rekord.az xəbər verir ki, qarşılaşmanın 2025-ci ilin iyun-iyul aylarında baş tutacağı gözlənilir.

İspaniya yığması AVRO-2024-ün finalında İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Argentina millisi isə Amerika Kubokunun həlledici matçında Kolumbiyadan üstün olub - 2:1.

"Finalissima" UEFA və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında 2028-ci ilə qədər müddəti olan memorandum çərçivəsində keçirilir. İlk "Finalissima" 2022-ci ildə baş tutub. Argentina yığması İtaliyanı 3:0 hesabı ilə məğlub edib.