Futbol üzrə Amerika Kubokunda 2-ci turun oyunlarına start verilib.

Rekord.az xəbər verir ki, ABŞ-də təşkil olunan turnirin A qrupunun görüşləri çərçivəsində Peru yığması ilə qarşılaşan Kanada 1:0 hesablı qələbə qazanıb.

Qrupun digər matçında isə Argentina millisi Çili üzərində eyni hesabla qalib gəlib.

Amerika Kuboku iyulun 14-də başa çatacaq.