Argentinalı futbolçu Azərbaycandakı günlərini xatırladı FOTOLAR
- 08 Yan 2020 14:42
- 866
Vaxtı ilə Premyer Liqamızda "Rəvan"ın formasını geymiş Xuan Manuel Varea ölkəmizdəki çıxışını xatırlayıb.
Rekord.az xəbər verir ki, Azərbaycan klubunun heyətində 2 mövsümə (2012-2014) 18 qol vuran argentinalı hücumçu bunu karyerasının ən uğurlu dövrü adlandırıb:
"2012-ci ildə Azərbaycandan sərfəli təklif aldım. Bu, mənim üçün irəliyə doğru addım idi. Orada iki il oynadım və 18 qol vurdum. Bu isə karyeramda ən yaxşı göstəricidir. Daha sonra müxtəlif klubların formasını geyindim. Hazırda Xorvatiyanın 3-cü liqasında çıxış edən "NK Kamen" klubunda oynayıram".
Qeyd edək ki, "Rəvan" 2017-ci ilin əvvəlində fəaliyyətini dayandırıb.