
Argentinalı futbolçu “İnter”in rekordçusuna çevrildi
- 17 Apr 2025 19:20
- 79
Argentina millisinin futbolçusu Lautaro Martines İtaliyanın "İnter" klubunun tarixinə düşüb.
Rekord.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna evdə Almaniya təmsilçisi "Bayern"lə heç-heçə (2:2) etdikləri Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.
O, "İnter"in tarixində qitənin bir nömrəli klub turnirində ardıcıl beş matçda qol vuran ilk oyunçudur. Bundan əlavə, Martines Milan klubunun heyətində bütün yarışlarda 150 qola çatan ilk əcnəbidir. Ümumilikdə klub tarixində 6 futbolçu buna nail olub.
Almaniyada rəqibini 2:1 hesabı ilə üstələyən "İnter" Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb.