Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa klubu argentinalı yarımmüdafiəçi Lukas Kastronu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyanın SPAL klubunan transfer olunan 31 yaşlı oyunçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Lukas Kastro peşəkar karyerasına ölkəsinin “Ximnasiya” klubunda başlayıb. Daha sonra “Rasinq Klub”da oynayan futbolçu 2012-ci ildə İtaliyanın “Kataniya” klubuna transfer olunub. Yarımmüdafiəçi bu ölkədə “Kyevo” və “Kalyari”nin də uğurları üçün çalışıb.

Kastro bu bu mövsüm SPAL-ın heyətində meydana çıxdığı 13 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.