
Arsen Ağcabəyov: "Rəqibin elə futbolçusu var idi ki, 3 dəfə yerə yıxıldı" MÜSAHİBƏ
- 08 Apr 2025 15:00
- 221
"Şamaxı"nın futbolçusu Arsen Ağcabəyov evdə "Neftçi"yə 0:2 uduzduqları oyundan sonra Rekord.az-a müsahibə verib:
- "Zirə"nin ardından "Neftçi"yə də uduzdunuz. Ard-arda iki məğlubiyyət və buraxılan beş qol. Bunu "Şamaxı" üçün eniş saymaq olar?
- Eniş saymazdım, sadəcə, zədəlilərimiz çoxdu. Buna baxmayaraq, oyuna pis başlamadıq, ilk qola qədər hər şey yaxşı gedirdi. Lakin penalti və ardınca qoldan sonra "Neftçi" vaxt uzatmağa başladı və hər şey bizim üçün çətinləşdi. Sona yaxın isə ikinci qolu buraxacağımız gözlənilən idi, çünki hamılıqla irəli getmişdik.
- Penalti epizodu ilə bağlı nə düşünürsən? Sanki penaltini özünüz yaratdınız...
- Xeyr özümüz yaratmadıq, bu fikirlə razı deyiləm.
- Çünki topa nəzarət sizdə idi, Ozobiç müdafiəçilərdən topu oğurlayıb penaltini qazandı, bunu nəzərdə tuturam. Ümumiyyətlə, sənə görə, penalti var idi?
- Onu dəqiq deyə bilmərəm, amma gördütüm o oldu ki, bizim futbolçu yıxıldı, rəqib futbolçu da ayağını onun ayağına vurul yıxıldı.
- Yəni verməmək olardı?
- Mən elə fikirləşirəm, amma yenə də baxmaq lazımdır.
- Oyun boyu hakimə çox etiraz etdiniz. Sən özün bir neçə epizodda sərt şəkildə etirazını bildirdin...
- Çünki ikinci hissədə görürdüm ki, rəqib vaxt uzadır. Səhv etmirəmsə, hakim oyuna 5 dəqiqə artırdı. Amma rəqbin elə futbolçusu var idi ki, 3 dəfə yerə yıxıldı və elə 5 dəqiqə o uzatdı. Bundan başqa, qapıçı ikinci hissə başlar-başlamaz vaxt uzatmağa başladı. Üstəlik. qol buraxmışdıq, hamımız əsəbi idik. bu mənada hakimə olan etirazları normal sayıram.
- Ayxan Abbaovun millinin düşərgəsində olması səbəbindən klubun başında olmaması son iki turdakı məğlubiyyətlərinizə təsir elədi?
- Yox, inanmıram.
- "Şamaxı"nın əsas hədəfi Premyer Liqada qalmaq idi. Bu an üçün yığdığınız xal bəs edər?
- Biz yığdığımız xala arxayın deyilik və yenə də yığmağa davam edəcəyik.
- "Şamaxı" ilə müqavilən nə vaxt bitir, yeni mövsümdə də səni "Şamaxı"da görə biləcəyik?
- Hələ ki, növbəti mövüm üçün müqaviləm var və güman ki, "Şamaxı" qalacam.
- Bu sualı ona görə verdim ki, növbəti mövsümdən legioner limiti ləğv olunur və yerli futbolçuların oynamaq şansları azalacaq...
- Yox, heç bir narahatçılqı yoxdur. Əksinə, daha da yaxşı "vuruşmağımız" üçün motivasiya olacaq.
Anar XANLAROV