"Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger London klubunun bu mövsüm Premyer Liqanın qalibi ola biləcəyinə inanır.

Rekord.az xəbər verir ki, bu barədə o, "Sky Sports"a açıqlamasında deyib: “Arsenal”ın bu mövsüm Premyer Liqanı qazanmaq şansı var, çünki açıq-aydın dominant komanda görmürəm. Düşünürəm ki, bu, yaxşı fürsətdir. Təbii ki, bu, bir qədər xüsusi mövsümdür. Çünki dünya çempionatı olacaq və bunun ayrı-ayrı oyunçuların və komandaların çıxışına nə dərəcədə təsir edəcəyi məlum deyil. İnanıram ki, bu mövsüm yaxşı imkanlar var".

Qeyd edək ki, Venger 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırıb və kluba 3 dəfə İngiltərə Premyer Liqasının kubokunu qazandırıb.

Xatırladaq ki, "Arsenal" hazırda Premyer Liqada 7 turdan sonra 18 xalla (6 oyun) 1-ci pillədə qərarlaşıb.