"Arsenal" "Yuventus"un futbolçusu Paulo Dibalanı transfer etmək ümün hərəkətə keçib. 

Rekord.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. London təmsilçisinin rəsmiləri artıq 28 yaşlı hücumçunun menecerləri ilə danışıqlara başlayıb. 

Bundan əlavə, "Arsenal" "Mançester Siti"nin hücumçusu Qabriel Jezusun transferi üzərində işləyir .

Qeyd edək ki, Dibalanın mövsümün sonunda "Yuventus"u tərk edəcəyi gözlənilir.