İngiltərənin “Arsenal” klubu futbolçusu Aleksandr Lakazettlə bağlı qərarını verib.

Rekord.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu 29 yaşlı futbolçunu heyətdə saxlamaq istəyir.

“Topçular”ın qarşıdakı həftələrdə Lakazettə yeni müqavilə təklif edəcəyi və danışıqlara start verəcəyi bildirilir.

Bundan başqa, klubun digər hücumçusu Pyer-Emerik Obameyanqı da komandada saxlamaq istədiyi bildirilir.

2017-ci ildən “Arsenal”da çıxış edən Lakazettin müqaviləsi 2022-ci ilin iyununda başa çatır.