“Arsenal”ın keçən ay əməliyyat olunan hücumçusu Qabriel Martinellinin vəziyyətinə aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, 19 yaşlı futbolçu ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sol dizindən əməliyyat olunan futbolçunun müalicəsinin davam etdiyi və sadəcə ilin sonunda sağalacağı bildirilib.

Komandanın digər zədəlisi Pablo Marinin isə sentyabrdan məşqlərə başlayacağı deyilir.