“Arsenal” koronavirus pandemiyasına görə işçilərinin məvacibini azaltmayacaq.

Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Topçular” pandemiya dövründə klubda çalışan bütün işçilərin məvaciblərini ödəyəcək. Klubdan verilən açıqlamada o da qeyd olunub ki, futbolçularla məvaciblərinin azaldılmasıyla bağlı müzakirələr davam etdirilir.