![photo](https://www.rekord.az/storage/uploads/5/7016495-27214245-pablo-mari-monza-ferito-come-sta.jpg)
“Arsenal” ispan futbolçusunu satdı
- 04 İyl 2023 13:30
- 302
İtaliyanın “Montsa” klubu ötən yay “Arsenal”dan icarəyə götürdüyü Pablo Marinin transfer hüquqlarını da alıb.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi İspaniyadan olan 29 yaşlı futbolçunun birdəfəlik transferi üçün İngiltərə klubuna 4,9 milyon avro ödəyib.
Mari geridə qalan mövsümdə “Montsa”da 31 oyuna çıxıb, 1 qol vurub. Təcrübəli futbolçunun “Arsenal” karyerası isə 22 oyun və 1 qoldan ibarətdir.