“Arsenal” istəyirdi, “Monako” aldı
- 07 Avq 2020 19:23
- 797
Fransanın “Monako” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Reyms”dən Aksel Disasini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçiylə 5 illik müqavilə imzalanıb.
Disasi ilə İngiltərənin “Arsenal” klubu yaxından maraqlanırdı. Bir müddət əvvəl futbolçunun “topçular”la razılaşdığı da iddia olunurdu.
Disasi son mövsümdə Liqa 1-də 27-də oyunda iştirak edib.