“Arsenal” istəyirdi, PSV aldı
- 28 Sen 2020 20:00
- 744
Niderlandın PSV klubu heyətini yeni futbolçuyla gücləndirib.
Rekord.az xəbər verir ki, Eyndhoven təmsilçisi “Tuluza”dan İbrahim Sanqareni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Fil Dişi Sahili milli komandasının da üzvü olan Sanqare, 2016-cı ildən “Tuluza”da idi.
Sanqare ilə İngiltərənin “Arsenal” klubu da maraqlanırdı.