“Arsenal” “Liverpul”a qalib gələrək Super Kuboku qazandı
- 29 Avq 2020 22:14
- 712
Futbol üzrə İngiltərə Super Kubokunun qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Uembli” stadionunda İngiltərə çempionu “Liverpul”la kubokun qalibi “Arsenal” üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb – 1:1. Penalti seriyasında daha dəqiq olan “Arsenal” 5:4 hesabı ilə qalib gələrək Super Kuboka sahib çıxıb.
Bununla da London təmsilçisi tarixində 16-cı dəfə bu titulu qazanıb.
İngiltərə Super Kuboku
29 avqust
Arsenal – Liverpul 1:1 (penaltilər 5:4)
Qol: Obameyanq, 12 - Minamino, 73.