İngiltərənin “Arsenal” klubu koronavirus pandemiyasına görə dayandırdığı məşqləri bərpa etməyə hazırlaşır.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin kollektivi qarşıdakı 24 saat ərzində koronavirus testindən keçiriləcək.

Bütün tesrlər qənaətbəxş olsa, paytaxt klubu mayın 20-dən etibarən məşqlərə başlayacaq. Lakin komanda üzvləri kiçik qruplar halında, gigiyenik qaydalara əməl etmək şərtilə məşq edə biləcəklər.

Qeyd edək ki, koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün nə vaxt bərpa olunacağı hələ bəlli deyil.