Fransanın PSJ klubunun müdafiəçisi Leven Kurzava karyerasını İngiltərədə davam etdirəcək.

Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu London “Arsenal”ı ilə razılaşıb.

Paris klubu ilə müqaviləsi cari mövsümün sonunda bitəcək futbolçu, azad agent kimi “topçular”a qoşulacaq. “Arsenal”ın Kurzava ilə 5 illik müqavilə ilə bağlı razılığa gəldiyi bildirilir.

Fransalı futbolçu 2015-ci ildən PSJ-də çıxış edir.