İngiltərənin “Arsenal” klubu 89 il əvvəlki rekordunu təkrarlayıb.

Rekord.az xəbər verir ki, London təmsilçisi ilk dəfə 1932-ci ilin dekabrında 4 səfər oyunun hamısında ardıcıl azı üç qol vurub.

“Topçular” aprelin 15-də Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşündə Çexiyanın “Slaviya” (Praqa) komandasını 4:0, əvvəlki səfər matçında “Şeffild Yunayted”i 3:0 hesabı ilə darmadağın edib. Bununla yanaşı, "Arsenal" “Vest Hem"lə heç-heçə (3:3) oynayıb və "Olimpiakos"u (3:1) məğlub edib.

Hazırda "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Komanda 31 matçda 45 xal toplaya bilib. “Topçular” Avropa Liqasında da yarımfinala yüksəliblər. İngiltərə təmsilçisi finala vəsiqə uğrunda “Vilyarreal”la (İspaniya) qarşılaşacaq.