İngiltərənin "Arsenal" klubu futbolçusu Konstantinos Mavropanosla müqavilənin müddətini uzadıb. 

Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Lakin 22 yaşlı yunanıstanlı müdafiəçi ilə imzalanan sözləşmənin müddəti və digər detalları açıqlanmayıb. 

"Topçular" Mavropanosu gələn mövsümün sonuna kimi Almaniya "Ştutqart"ına icarəyə verib. 

Qeyd edək ki, Konstantinos Mavropanos 2018-ci ilin yanvarından "Arsenal"da çıxış edir. O, bu vaxta qədər 8 dəfə komandanın formasını geyinə bilib.