İngiltərənin “Arsenal” klubunda idman direktoru Raul Sanllehi vəzifəsindən ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sanllehi 2018-ci ilin fevralından “Arsenal”da çalışırdı.

“Arsenal”ın yeni idman direktoru Vinay Venkateş olacaq. Venkateş daha əvvəl “topçular”da idarəedici direktor vəzifəsində çalışırdı.