“Arsenal”da iki itki
- 28 Okt 2023 14:00
- 313
“Arsenal”ın hücumçusu Qabriel Jezus və müdafiəçi Tomas Partey sıradan çıxıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı forvard əzələ zədəsi səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
26 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Sevilya” ilə oyununda (2:1) zədələnərək 81-ci dəqiqədə əvəzlənmişdi. Partey də oxşar səbəbdən bir neçə həftə komandadan kənarda qalacaq.