İngiltərənin “Arsenal” klubu ciddi itkiylə üzləşib.

Rekord.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Qabriel Martinelli zədələnib. Bu barədə “Arsenal”ın baş məşqçisi Mikel Arteta yerli mətbuata açıqlamasında deyib.

Arteta məşqdə zədələnən braziliyalı hücumçunun ən azı bir neçə ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Martinellinin son durumu tibbi müayinədən sonra bilinəcək.

19 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 14 oyunda iştirak edib və 3 qol vurub.

“Arsenal”da qapıçı Bernd Leno da zədələnib və o, azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.