"Arsenal"ın futbolçusu Qranit Caka komandanın kapitanı sarğısından məhrum edilib.

Rekord.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Unai Emeri məlumat verib. O bildirib ki, 27 yaşlı yarımmüdafiəçi "Kristal Pelas"la matçda azarkeşlərlə münaqişə etdiyi üçün bu addımı atıb.

İspan mütəxəsssis Pyer-Emerik Obameyanqın komandanın yeni kapitanı təyin edildiyini söyləyib.