![photo](https://www.rekord.az/storage/uploads/5/bd44b5cac095495fab3cb3091f112ca9.jpg)
“Arsenal”da yeni müqavilə
- 07 İyl 2023 23:29
- 223
London “Arsenal”ı müdafiəçisi Vilyam Salibanın müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Saliba “Arsenal”ın heyətində 33 oyuna 3 qol vurub. Müdafiəçi “Sent Etyen”, “Nitsa” və “Olimpik” (Marsel) kimi komandalarda da oynayıb, Fransa yığmasında 8 oyun keçirib.