İngiltərənin “Arsenal” klubu futbolçusu Lukas Torreyranı icarəyə verib.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi karyerasını "Fiorentina"da davam etdirəcək. İtaliya klubu onu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Qeyd edək ki, Torreyra 2018-ci ildən "Arsenal"da oynayır.