"Arsenal" futbolçusu Pyer-Emerik Obameyanqa yeni müqavilə təklif edib.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London klubu qabonlu hücumçu ilə müqavilənin müddətini 2023-cü ilin yayına kimi uzatmaq istəyir. O, bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə hazırda olduğu kimi 12 milyon avro qazanacaq.

Qeyd edək ki, Obameyanqın "Arsenal"la hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.