İngiltərənin "Arsenal" klubu Premyer Liqada yeni rekord müəyyənləşdirib.


Rekord.az xəbər verir ki, "topçular" buna 17-ci turda "Kristal Pelas"ı 5:1 hesabı ilə məğlub etməklə nail olub.


2024-cü ildə Mikel Artetanın baş məşqçisi olduğu kollektiv bütün yarışlarda altı səfər matçında 5 və daha çox qol vurub.


Bu, bir təqvim ilində Premyer Liqa klubları üçün rekorddur.


London təmsilçisi hazırda 33 xalla üçüncü pillədə qərarlaşıb.