
“Arsenal”dan tarixi rekord
- 17 Apr 2025 15:20
- 74
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında İspaniyanın "Real" klubunu məğlub edən (2:1) "Arsenal" (İngiltərə) tarixi rekorda imza atıb.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Santyaqo Bernabeu"da ardıcıl ikinci dəfə "Real"a qalib gələn ilk komanda olub.
Londonlular 2006-cı ilin fevralında, Çempionlar Liqasının 1/8 finalında Madrid komandasını 1:0 hesabı ilə məğlub etmişdilər.
Bu dəfə "Real"ı iki matçın (3:0, 2:1) nəticəsinə görə üstələyən "Arsenal" yarımfinalda PSJ ilə qarşılaşacaq. Digər yarımfinal cütünü "İnter"lə "Barselona" təşkil edib.
"Arsenal" tarixi ərzində heç vaxt UEFA Çempionlar Liqasının qalibi olmayıb. “Topçular” həmçinin 2009-cu ildən bəri ilk dəfə turnirin yarımfinalında çıxış edəcək.