“Arsenal”ın hücumçusu Markinyos karyerasını “Fluminense”də davam etdirəcək.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı forvard 2024-cü ilin sonuna qədər icarəyə verilib.

O, “Sao Paolo”da oynadıqdan sonra 2022-ci ildə “Arsenal”a keçib. Bu vaxt ərzində isə “Norviç”, “Nant” klublarında icarə əsasında çıxış edib. Onun London klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.