“Arsenal”ın futbolçusu əməliyyat olundu
- 28 Dek 2024 16:20
- 58
İngiltərənin "Arsenal" klubunun futbolçusu Bukayo Saka əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mikel Arteta bildirib.
Mütəxəssis futbolçunun uzun müddət oynamayacağını deyib.
23 yaşlı ingiltərəli futbolçu 17-ci turda, "Kristal Pelas"la matçın 24-cü dəqiqəsində zədələnərək meydanı tərk edib. Hücumçu cari mövsüm "topçular"ın heyətində İngiltərə Premyer Liqasında meydana çıxdığı 16 oyunda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.