İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Qabrieldə koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə braziliyalı 23 yaşlı futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı və onun karantinə alındığı diqqətə çatdırılıb. 

“Arsenal”ın mövsümün əvvəlində Fransanın “Lill” klubunda transfer etdiyi Qabriel, “topçular”ın heyətində 15 oyuna çıxıb, 2 qola imza atıb.