“Arsenal”ın gənc futbolçusu klubun tarixinə düşdü
- 06 Yan 2025 13:00
- 59
İngiltərə təmsilçisi "Arsenal"ın gənc futbolçusu İtan Nvaneri "topçular"ın, eyni zamanda Premyer Liqanın tarixinə düşüb.
Rekord.az İngiltərə Premyer Lqiasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 20-ci turda "Brayton"la matçda (1:1) fərqlənən futbolçu "Arsenal"ın heyətində Premyer Liqada 18 yaşına çatmamış birdən çox qol vuran ilk oyunçu olub.
O, 17 yaş 290 günlüyündə fərqlənib. Noyabrda "Nottingem Forest"lə oyunda (3:0) qol vuran yarımmüdafiəçi həmçinin İngiltərə Premyer Liqasında bu göstəriciyə nail olan altıncı futbolçudur.
"Arsenal"ın yetirməsi olan Nvaneri əsas komandada cari mövsümdə cəmi iki dəfə start heyətində meydana çıxıb.