
"Arsenal"ın məşqində qalmaqal
- 20 Noy 2020 14:21
- 634
"Arsenal"ın son məşqində qalmaqal yaşanıb.
Rekord.az "The Athletic"ə istinadən xəbər verir ki, milliyə çağırılmayan oyunçulardan David Luis ona qarşı sərt oynayan komanda yoldaşı Daniel Sebalyosu burnuna yumruqla vurub.
Bundan sonra ispan yarımmüdafiəçinin burnundan qan açılıb. O, dərhal ayağa qalxaraq, Luisə qarşılıq vermək istəyib. Lakin komanda yoldaşları və klub işçiləri davanın daha da böyüməsinin qarşısını alıblar. Hər iki oyunçu evlərinə göndərilib.
Qeyd edək ki, Luis bu mövsüm 8, Sebalyos isə 11 matçda meydana çıxıb.