“Arsenal”ın müdafiəçisi sıradan çıxdı - finalda olmayacaq
- 25 İyl 2020 15:40
- 646
İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, “topçular”ın müdafiəçisi Şkodran Mustafi zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə Federasiya kubokunun yarımfinal mərhələsində keçirilən “Mançester Siti” ilə oyunda (2:0) sıradan çıxan futbolçunun əzələsindən zədələndiyi bildirilir.
Onun Premyer Liqanın son turunda keçiriləcək “Uotford”la oyunda və Federasiya kubokunun “Çelsi” ilə avqustun 1-də keçiriləcək final qarşılaşmasında meydana çıxa bilməyəcəyi bildirilir.
“Arsenal” – “Uotford” oyunu sabah keçiriləcək.