"Arsenal"ın oyunu təxirə salındı
- 13 Mar 2020 12:23
- 701
İngiltərə Premyer Liqasının 30-cu turunda keçirilməli olan “Brayton” – “Arsenal” oyunu təxirə salınıb.
Rekord.az xəbər verir ki, bu barədə "Brayton"un rəsmi saytı məlumat yayıb. Qarşılaşması nəzərdə tutulduğu kimi, sabah oynanılmayacaq.
Buna səbəb London klubunun baş məşqçisi Mikel Artetanın koronavirusa yoluxmasıdır. İspaniyalı mütəxəssislə təmasda olan hər kəsin karantinə alındığını nəzərə alan Premyer Liqa rəhbərliyi matçın təxirə salınmasına qərar verib.
Britaniya mətbuatı bu gün Premyer Liqa rəhbərliyi ilə klub nümayəndələri arasında təcili iclas keçiriləcəyini yazıb. Bu görüşdən sonra Premyer Liqanın bütün matçlarının təxirə salınması gözlənilir.