“Arsenal”ın sabiq futbolçusu “Monako”da
- 12 Sen 2020 16:40
- 671
Fransanın “Monako” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi Vito Mannoneni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Monako” 32 yaşlı qapıçı ilə iki illik müqavilə imzalayıb.
Karyerası ərzində İngiltərənin “Arsenal”, “Barnsli”, “Hall Siti”, “Sanderlend”, “Ridinq” kimi klublarında çıxış edən Mannonenin son iş yeri Danimarka “Esbyerq”i olub.