İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta klubun tarixinə düşüb.

Rekord.az xəbər verir ki, ispan mütəxəssis “topçular”ın Premyer Liqanın 13-cü turunda “Brentford”u 1:0 hesabı ilə məğlub etdiyi görüşdə klub rekordunu yeniləyib.

London təmsilçisi onun rəhbərliyi altında keçirdiyi ilk 200 matçda 116 qələbə qazanıb. Bundan əvvəl rekord 111 qələbə sevinci yaşayan Arsen Vengerə məxsus idi. Bu göstəricidə üçüncü yeri ilk 200 görüşündə komandasına 106 qələbə qazandıran Corc Qrem tutur.

“Arsenal” hazırda 30 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir.