"Mançester Siti"nin məşqçisi Mikel Arteta komandanı tərk etməyə hazırlaşır.
 
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Pep Qvardiolanın köməkçisi bugünkü məşq zamanı texniki heyət və futbolçularla vidalaşıb. 

37 yaşlı Artetanın həftə sonu "Arsenal"a baş məşqçi təyin olunacağı bildirilir.

Qeyd edək ki, Mikel Arteta 2016-cı ilin yayından "Mançester Siti"də çalışır. O, 2011-2016-cı illərdə "Arsenal"ın şərəfini qoruyub.