"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın sabiq futbolçusu Cek Uilşirin komanda tapana qədər onlarla məşq edə biləcəyini açıqlayıb.

Rekord.az xəbər verir ki, ispan mütəxəssis klubsuz qalan Uilşir barədə bu cür danışıb:

“Ceki çoxdan tanıyıram. Onunla birlikdə paltardəyişmə otağını bölüşmüşük. Klubda hamı onu çox sevir. Qapımız hər zaman Uilşirə açıqdı”.

Cek Uilşir 2008-2018-ci illər arasında "Arsenal"da oynayıb. Son klubu "Bornmut" olan Uilşir hazırda klubsuzdu.