İngiltərə yığmasının sabiq futbolçusu Piter Krauç həyat yoldaşının qısqanclığı barədə danışıb.

Rekord.az xəbər verir ki, Krauç həyat yoldaşı ilə birgə Pamelo Andersonun təşkil etdiyi gecədə iştirtak edib.

Amma arvadı ona Andersonla şəkil çəkdirməyə icazə verməyib: “Bir dəfə Pamelo Andersonun təşkil etdiyi gecədə iştirak edirdik. Pamelo mənim yanımda dayanmışdı.

Həyat yoldaşıma dedim: “Ebbi, sən başa düşürsən ki, mən onunla şəkil çəkdirməliyəm”. O isə belə cavab verdi: “Yox, sən onunla şəkil çəkdirməyəcəksən”.

Bu dəfə belə dedim: “Bilirsən, dostlarım bu şəkli görsələr, çənələri laxlayacaq. Mən Pamelo Andersonla şəkli onlara göndərməliyəm”. O isə yenə də eyni cavabı verdi: “Yox, sən onunla şəkil çəkdirməyəcəksən”. Beləcə, bu fürsəti əldən verdim”.